Tokio Olimpiadası start götürdü

Tokio-2020 Yay Olimpiya Oyunlarının ilk yarışı start götürüb.

Softbol üzrə qadınlardan ibarət Yaponiya millisi Avstraliya seçməsi ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin inamlı qələbəsi (8-1) ilə yekunlaşıb.

Qeyd edək ki, olimpiadanın açılış mərasimi iyulun 23-də gerçəkləşəcək.