Toyda bıçaqlandığı deyilən tamada hadisə barəsində DANIŞDI - VİDEO

“Şayiələr yayılıb ki, guya məni toyda bıçaqlayıblar. Toyda yox, kənarda başıma belə bir hadisə gəlib”.

Sabahinfo.az xəbər verir ki, bu sözləri iyulun 2-də oğlu ilə birlikdə “Altun” şadlıq sarayında bıçaqlandığı deyilən tamada Natiq Dağlaroğlu (əsl adı Yaqub Mehdiyev - red.) deyib.

O, sosial şəbəkə hesabında video paylaşaraq səhhəti barədə açıqlama verib.

“Dualarınız üçün sizə təşəkkürümü bildirirəm. Hamı bilsin ki, yenidən həyata qayıtdım. Mən yaxşıyam, bərabər olacağıq”, - deyə N.Dağlaroğlu bildirib.

Sözügedən paylaşımı təqdim edirik: