Türkiyә mәtbuatı, 20 yanvar 2022

"Vatan": Ərdoğan: ""TURKOVAC" sayəsində özümüzə daha inamla baxırıq"

Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada dünyanın yeni koronavirus epidemiyası dalğası altında problemli günlər keçirməyə davam etdiyini ifadə edərək, “Səhiyyə sistemimiz xəstəxana və reanimasiyadan peyvəndlərə qədər epidemiya ilə virusla mübarizədə hər cür ehtiyacı ödəməyə qadirdir. "TURKOVAC" peyvəndimiz sayəsində artıq özümüzə daha inamla baxırıq." dedi.

"Yeni Şafak": Prezident Ərdoğan Ukraynaya gedəcək

Prezidentin sözçüsü İbrahim Kalın "Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyin azaldılması üçün hər cür rolu öz üzərinə götürməyə hazırdır. Biz bunu həm Rusiya və Ukraynaya dost ölkə, həm də NATO müttəfiqi kimi edirik. Qarşıdakı bir neçə həftə ərzində Prezident Ərdoğan Zelenski ilə görüşmək üçün Ukraynaya gedəcək" deyə bildirdi.

"Hürriyet": Şentopdan Şərqi Aralıq dənizi açıqlaması

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Şərqi Aralıq dənizi Boru Kəməri (EastMed) Layihəsi haqqında deyib: “Biz əvvəldən bəri bu layihənin olduğu kimi kommersiya olmadığını düşünürdük. Sadəcə Türkiyəyə düşmən olmaq nöqtəsindən hərəkətlə siyasi məqsədlərlə belə bir layihənin həyata keçirilə bilməyəcəyini biz əvvəldən bəri söyləyirdik" dedi.

"Star": Hollandiyadan Türkiyəyə tərif

Hollandiyanın "NRC" qəzetində Türkiyənin silahlı pilotsuz uçuş aparatları (SİHA) ilə bağlı dərc edilən təhlildə "Bayraktar TB2" üçün "dünyanın ən yaxşısı" şərhi edilib. Təhlildə hollandiyalı müdafiə mütəxəssisi Stijn Mitzerin “"Bayraktar TB2" əməliyyat baxımından dünyanın ən yaxşısıdır” ifadələri yer alıb.

"Sabah": Dünya futbol ulduzlarını geridə buraxdı

“Football Wonderkids”in hazırladığı siyahıya əsasən, Avropa liqalarında ən çox məhsuldar ötürmə edən futbolçular müəyyənləşib. Türkiyədən Yunus Akgün adını siyahıya salaraq bir çox gənc ulduzu geridə qoyub.