"Türkiyə bu məsələdə Azərbaycanı sonuna qədər dəstəkləyəcək" - Cahid Bağçı

Türkiyə bu məsələdə Azərbaycanı sonuna qədər dəstəkləyəcək.

Sabahinfo.az bildirir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı deyib.

O qeyd edib ki, Xankəndidə yaşayan ermənilərin mülki təmsilçiləri ilə əlaqələr qurulub və Yevlaxda bir görüş planlanlaşdırıldığı halda ermənilər süni "humanitar böhran" görüntüsü yaratmağa çalışdı və beynəlxalq aləmi də bu məsələyə cəbd etməyə cəhd etdilər.

Səfir vurğulayıb ki, Ağdam-Xankləndi yolu hər cür yardım üçün açıqdır və Türkiyə bu yöndə cəhdləri dəstəkləyir.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Ərzaq dolu yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, hərbi attaşelər və xarici jurnalistlər avqustun 31-də Qarabağda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən təşkil olunan ərzaqdan ibarət yüklərin yerləşdiyi məntəqəyə gəliblər.