Türkiyə dollar problemini həll edə bilməyəcək-Qubad İbadoğlu

Türkiyədə dünən lirə 18-i gördü və 11.6-dək endi, hazırda 1 dollar 12,12 TL-dir. Bu son deyil, geriyə qayıtma U dönüşü davam edəcək.

Türkiyədə nələr baş verdiyini qısa izah etmək istəyirəm. Dünən elan edilən yeni depozit qaydalarına görə, əgər kimsə bankda əmanətdə olan pulunu 6 ay TL-də saxlayarsa onda kurs fəqinin 50 faizini, 1 il TL-ni bankda tutarsa, onda kurs fərqinin 100 faizi ödəniləcək. Ödəniləcək kurs fərqi həmçinin vergilərdən azad ediliib. Burda başlıca məqsəd bankda TL-i olanların həmin pulu geri çəkib ABŞ dollarına çevirməsinin qarşısını almaqdır. Əslində gizli olsa da faiz artımı baş verir və bu faiz artımı dollara tələbi artırdığından dollar ucuzlaşmağa başladı. Bu qısa müddətli effekt verəcək layihədir, düşünürəm ki, sonra məzənnə yenidən artmağa və geriyə dönməyə başlayacaq.

Burda ən ciddi məsələ yaranmış məsrəfləri banka kimi ödəməsidir. Əslində bankların bu xərcləri ödəmək imkanı məhduddur. Odur ki. bunu dövlət ödəməlidir, nəyin hesabına? Pul dövriyyəsinə əlavə lirə buraxılmalı, vergilər artırmalıdır ki, büdcənin bu maliyyə yükünü örtə bilsin. Belə olan halda da nə baş verəcək?

1. İnflyasiya artacaq, qiymətlər bahalaşacaq, əhali yoxsullaşacaq.

2. Büdcənin xərcləri və kəsiri artacaq, buna büdcə davam gətirməz.

3. Şirkətlər və bankların bir hissəsi müflisləşəcək.

4. Uzun vadədə lirə yenidən ucuzlaşacaq, dollar bahalaşcaq.

5. Yenə də siyasi spekulyasiyalar davam edəcək.

Atalar demişlən quyuya su tökməklə quyu sulu olmaz. Bu yanaşma Türkiyənin dollar problemini həll edə bilməyəcək. Türkiyədə baş verənlər istehsalçıları, ticatətçiləri gözləmə mövqeyinə gətirdiyindən perspektivdə bu problemin həlli ləngidəcək.

Qubad İbadoğlu
İqtisadçı alim