Türkiyə Milli Müdafiə Nazirliyinin təlimlərdən paylaşımı: “Güclü Türkiyə - güclü NATO deməkdir” - VİDEO

Türkiyə Milli Müdafiə Nazirliyi ölkənin Silahlı Qüvvələrinin iştirak etdiyi NATO təlimlərini əks etdirən video yayımlayıb.

Video nazirliyin “Twitter” hesabında paylaşılıb.

“NATO-nun ikinci ən böyük ordusu olan Türkiyə Silahlı Qüvvələri quruda, dənizdə və havada qüdrəti ilə ittifaqın gücünə güc qatır, NATO-ya töhfə verməyə davam edir. Güclü Türkiyə - güclü NATO, güclü ittifaq deməkdir”, - deyə paylaşımda qeyd edilib.