Türkiyə və Qətər XİN rəhbərləri Əfqanıstan və Qazaxıstanı müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani arasında telefon danışığı baş tutub.

Sabahinfo.az-ın məlumatına görə, bu barədə Türkiyə XİN-in mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, telefon danışığı zamanı Əfqanıstan və Qazaxıstandakı məsələləson hadisələr müzakirə edilib.