Türkiyədə Fransa kəşfiyyatına işləyən 3 nəfər saxlanılıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Kəşfiyyat İdarəsi məlumat yayıb.
Agentlərin Fransa vətəndaşlığı vədi ilə Türkiyə əleyhinə təbliğat apardıqları müəyyən edilib.
Kəşfiyyat işi nəticəsində özünü ictimaiyyətə aktivist jurnalist kimi təqdim edən və Ahmet Katie adlı suriyalı Fransanın İstanbuldakı Baş Konsulluğundan ailəsi ilə birlikdə sığınacaq istəyib. Lakin Fransa Xarici Kəşfiyyat Xidməti onun siyasi sığınacaq istəyinin qəbul edilməsi üçün Türkiyəyə qarşı hərbi və siyasi casusluq etməyi təklif edib. O, casusluq təklifini qəbul edib.