Türkiyənin ədliyyə naziri Milli Məclisin nümayəndə heyətini qəbul edib

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Ankarada səfərdə olan Azərbaycan Milli Məclisinin nümayəndə heyətini qəbul edib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Ankarada səfərdədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 12-də Azərbaycan heyətini qəbul etmişdi.