"Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilası oldu"

1991-ci ilin oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Azadlığı “zərrə-zərrə, qram-qram” istəməyən (Xəlil Rza) xalqın müstəqillik mübarizəsi imperiyanın ilhaq zəncirini parçaladı. Dünya dövlətləri Azərbaycanın müstəqilliyini tanıdı. Azərbaycanda hakimiyyət səriştəsizliyi ölkədə daxili siyasi vəziyyəti son dərəcədə kəskinləşdirmişdi. Ölkə vətəndaş müharibəsi ərəfəsindəydi. Azərbaycan dövlətçiliyi labüd süqutla üzləşmişdi.


Belə bir vəziyyətdən xilas yolunu ancaq xalq görə bilərdi. Xalq bu yolu gördü. Böyük tarixi şəxsiyyət Heydər Əliyevi israrla, təkidlə hakimiyyətə çağırdı. Həmişə xalqa arxalanan, xalqa arxa olan Heydər Əliyev xalqın dövlətçiliyin qorunması istəyini yerinə yetirdi, iyunun 9-da Bakıya gəldi. Bu qayıdışla Gəncə qiyamının, Gəncə qiyamıyla başlaması istisna edilməyən vətəndaş müharibəsinin qarşısı alındı, respublikada siyasi vəziyyət sabitləşdi. Az sonra imzalanan ikitərəfli, çoxtərəfli müqavilələr, eləcə də beynəlxalq müqavilələr gənc Azərbaycan dövləti-nin iqtisadi inkişafını təmin etdi.

Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilası oldu. Xalq böyük qürurla, böyük sevgilərlə dedi ki, deyir ki, deyəcək ki, Heydər Əliyev müasir Azərbycanın dövlətçilik memarıdır.
9 iyun Azərbaycanımız üçün tarixi gündür. Bu tarixi gün 15 iyunda dünyəvi təsdiqini də tapdı!
 

Səbinə Xasayeva,
Milli Məclisin deputatı