Ülvi Quliyev şəhid Rəşad Mikayılzadənin ildönümündə

Milli Məclisini deputatı Ülvi Quliyev Vətən Müharibəsi şəhidi Rəşad Mikayılzadənin ildönümündə iştirak edib.

"Unikal" xəbər verir ki şəhid hərbi qulluqçunun Yasamal rayonunda yerləşən II Fəxri Xiyabandakı məzarı ziyarət edilib, dövlət himni səsləndirilib, ruhuna dualar oxunub. Mərasimdə şəhidin keçdiyi döyüş yolundan danışılıb.

Qeyd edək ki, Rəşad Mikayılzadə 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edib və 2020-ci ilin noyabr ayının 9-da şəhidlik zirvəsinə ucalıb. Rəşad Mikayılzadə  müharibədə göstərdiyi sücaətə görə "Döyüşdə fərqlənməyə görə" medalı,"Vətən uğrunda" medalı  və  "Xocavəndin azad olunması uğrunda" medalı ilə təltif edilib.