“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB maarifləndirmə işi həyata keçirəcək

“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclər arasında erkən nikah və qeyri-rəsmi nikahlarla mübarizə” layihəsinin icrasına başlayıb. Layihənin məqsədi yeniyetmə və gənclər arasında ailə institutunu inkişaf etdirmək, ailə dəyərlərinin təbliğini aparmaq, erkən nikahların qarşısını almaqla məişət zorakılığına yox demək və onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nikaha girməsinin qarşısını almaqdır.

İB-in sədri Fatma Hacıyevanın verdiyi məlumata görə ilkin olaraq gənclər və yeniyetmələr arasında erken nikahların fəsadları haqqında gənclərdə düzgün təsəvvürün formalaşması, eyni zamanda ictimaiyyətin diqqətinin problemin həllinə cəlb olunması məqsədilə maarifləndirici kitabçalar hazırlanıb çap olunacaq. Layihənin icrası davam edən sonrakı aylarda isə orta və ali təhsil müəssisələrində yeniyetmə və gənclərlə silsilə görüşlər təşkil olunacağı və çap məhsullarının onlara paylanılacağı nəzərdə tutulur.

Qeyd edək ki, sözügüdən layihənin 3 ay müddətində İsmayıllı və Quba rayonları, eyni zamanda Bakı şəhərində icrası nəzərdə tutulub.