Vətəninə və xalqına xidmət

Bəşər tarixində müharibə meydanlarında uğur qazanan sərkərdələrin şəxsi həyatına diqqət yetirəndə hər bir uğur həkayəsinin yazılmasında onun arxasında dayanmış həyat yoldaşının əməyinin az olmadığını görürük.  Bu ifadə həyatda öz isbatını tapmışdır. Bu gün Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında sosial, iqtisadi və siyasi sahələrdə böyük uğurlara imza atmışdır. Bu uğurlara nail olmağımızda İlham Əliyev Mehriban Əliyeva tandemi xüsusi əhəmiyyət daşımışdır. Mehriban xanım Əliyeva geniş dünya görüşünüə malik, savadını və təcrübəsini xalqının və vətənin yolunda qoymuş, rəhbərlik etdiyi Heydər Əliyev Fondu vasitəsilə minlərlə ehtiyacı olan insana dəstək dayanmış müasir Azərbaycan qadını obrazını yaradaraq dünyaya tanıtmışdır. Mehriban xanımın fəaliyyət istiqamətlərinə nəzər yetirəndə görürük ki, genş və çox şaxəlidir. Burada mədəniyyətimizin , idmanımızın, təhsilimizin, səhiyyəmizin, iqtisadiyyatımızın, sosial siyasətimizin, ordumuzun vətənpərvərlik ruhunun yüksəldilməsinin və beynəlxalq siyasətin formalaşmasında və uğurlu inkişafında Mehriban xanımın misilsiz xidmətləri olmuşdur.  Ölkə həyatının hansı sahəsində uğurlu həkayə meydana gəlirsə orada Prezident İlham Əliyevlə çiyin-çiyinə Mehriban xanımın dayandığını görürük.  Mehriban xanımın geniş fəaliyyətnə toxunmadan ancaq bir istiqamət üzrə, 44 günlük Vətən müharibəsində  zəfərin əldə olunmasına verdiyi töhfələrə qısa ekskursiya etmək istəyirəm. 
        Ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Bu işdə gündəlik sosial ehtiyacların qarşılanması, insanların sağlamlığının qorunması, xəstələrə, kimsəsizlərə, ahıllara və ehtiyacı olan digər insanlara qayğı və nəvaziş ən vacib missiya kimi həyata keçirilməkdədir. Əvvəlcə onu qeyd etmək istəyirəm ki, Vətən müharibəsindən əvvəlki dövürdə də Mehriban xanımın  rəhbərlik etdiyi Heydər Əliyev Fondu şəhid ailələri və qazilərin məişət mənzil şəraitinin yaxşılaşdırılmasında yaxından iştirak etmişdir.  Heydər Əliyev Fondu qazilərin sağlamlıqlarının bərpasına və yenidən həyata qayıtmasına böyük töhfələr vermişdir.  Dövlətin həyata keçirdiyi sosial siyasətində məhz Heydər Əliyev Fondunun dəstək proqramlarında yaxından iştirakı ölkəmizdə vətənpərvərlik ruhunun yüksəlməsinə, döyüşə gedən insanlara ailə qayğılarının yaşamamasına və ancaq qələbə amalı ilə mübarizəyə qatılmasına imkan yaratmışdır.  Vətən müharibəsi dövründə Ali Baş Komandanın yaxın silahdaşı olan Mehriban xanım Əliyeva Azərbaycanın apardığı ədalətli işi barəsində məlumatları beynəlxalq birliyə çatdırılmasında və vətənpərvər çağırışlarını vətənini sevən hər kəsi səfərbər etməklə sosial şəbəklərdə də informasiya müharibəsində üstünlüyümüzün qorunmasına töhfə vermişdir. Döyüş meydanında Şuşada bayraq sancmaq arzusuyla döyüşən hərbiçilərimizə duaları, şəhid ailələrin yanında olması, yaralıların müalicəsində yaxından iştirakı, müharibə zonasından uzaqda yerləşən yaşayış məntəqələrində erməni terroru nəticəsində həlak olmuş dinc insanlarımızn yaxınlarına bir doğma ana-bacı münasibətini göstərərək şərik olması ilə Mehriban xanım xalqımıza təsəlli oldu. 
II Qarabağ müharibəsi dövründə Mehriban xanım Əliyevanın Tvitterdə və rəsmi istiqram səhifələrindəki paylaşımlarda Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin deyirdi və bu ifadələr xalqımızın döyüş ruhunu yüksəldirdi. Azad olunmuş torpaqlarımıza səfərlərində və üç rəngli dövlət bayrağımızın həmin ərazilərdə dalğalandırılmasında Ali Baş Komandanla Mehriban xanımın bir olması və səfər barəsində ilk olaraq məlumatları ictimaiyyətə çatdırması xalqımızı çox sevindirmişdir. Heydə Əliyev Fondunun təşkilatçılığı  ilə Şuşada uzun illərdən sonra musiqi festivalının keçirilməsi böyük tarixi hadisə olmaqla yanaşı həm də düşmənlərimizə ciddi bir mesaj oldu. 
Təbii ki, Mehriban xanım Əliyeva qazi və şəhid ailələrinin problremlərinin həllini hər zaman diqqətdə saxlayır. Heydər Əliyev Fondunun əməkdaşları Mehriban xanımın tapşırığı ilə  bütün şəhid ailələrini ziyarət etmiş, maddi dəstəyini göstərmiş və problemləri ilə yerindəcə tanış olmuşdur.  Bu gün dövlətimiz bu həsas qrupdan olan insanlara xüsusi diqqətlə yanaşır. Mehriban xanım Əliyeva dövlətin həyata keçirdiyi yardım proqramlarına dəstək verərək şəhidlərimizin övladları, valideynləri və doğmalarına Heydıər Əliyev Fondu vasitəsilə xüsusi diqqət və qayğı göstərir. Qazilərimizin Türkiyədə və yerli klinikalarda müalicəsində və reabilitaiyasında Heydər Əliyev Fondu yaxından iştirak edir. Məhz Mehriban xanımın vətəninə dövlətinə və xalqına sədaqəti insanların dövlətə və Prezidentinə sevgisini tükənməz edir.  
Vətəninə və xalqına xidmət etməyini həyat amalına çevirmiş I vitse prezident Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edir, can sağlığı və xalqımızın tükənməz sevgisi ilə əhatə olunmaqla   gələcək fəaliyyətində uğurlar arzulayıram!

 

Azər Badamov
Milli Məclisin deputatı