Vüqar Bayramov Horadizdə görüş keçirdi

Millət vəkili Vüqar Bayramov seçiciləri ilə növbəti görüş keçirib.Növbəti görüş karantin rejiminin tələblərinə uyğun şəkildə Füzuli rayon Horadiz şəhərində baş tutub: "Görüş zamanı seçicilərimizin qayğılarını dinlədik, bir sıra mərkəzi icra qurumları ilə yerində əlaqə saxladıq və bəzi müraciətlərlə bağlı qərarlar qəbul etdik. Həmyerlilərimizin müraciətləri məşğulluq, su və elektrik enerjisi təminatı, kommunal xidmətlər, əlillik dərəcəsinin alınması, mənzil təminatı, sosial yardım, səhiyyə xidməti və digər mövzuda idi. Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq".