Vüsal Quliyev gənclərlə görüşdü

Mingəçevir Gənclər Evində "Gənclərin Şəxsi İnkişaf və Karyera Məktəbi" layihəsinin növbəti qonağı Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev olub.

Görüş zamanı gənclərin suallarını cavablandıran V.Quliyev uğura gedən yolda əldə etdiyi təcrübələrdən danışıb. Gənclər sektoruna gəldiyi illərlə bağlı məlumat verən V.Quliyev təhsilin əhəmiyyətinə diqqət çəkib, bildirib ki, yaxşı iş, yaxşı karyera üçün təhsil önəmli faktordur. Gənclərə hər zaman aktiv olmağı, müxtəlif ictimai təşkilatlarda fəaliyyət göstərməyi tövsiyə edib. Təcrübə qazanmaq, şəxsi inkişaf və karyera sahəsində uğur əldə etmək üçün qeyri-hökumət təkilatlarının önəminə diqqət çəkib. Bugünkü gəncliyin güclü vətənpərvərlik hisləri ilə fərqləndiyini deyən V.Quliyev onların inkişafı üçün dövlət tərəfindən yaradılan imkanlardan danışıb və gəncləri bu imkanlardan maksimum şəkildə faydalanmağa çağırıb.

Sonda xatirə şəkli çəkdirən gənclər səmimi və maraqlı görüş üçün öz təşəkkürlərini bildirib.