Xalqımız vergül qoymaqdan ötrü ölür - DEPUTAT

"Azərbaycan xalqı vergül qoymaqdan ötrü ölür".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin deputatı akademik Nizami Cəfərov Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin saytlardakı xətalarla bağlı keçirilən tədbirdə deyib.

"Harada "ki" gördülər, vəssalam, vergül qoyurlar" deyən N.Cəfərov bildirib ki, yerli-yersiz harada və necə gəldi durğu işarələrindən istifadə etmək olmaz.

"Düşünürəm, durğu işarələrinin azaldılmasına ehtiyac var", - deyə Nizami Cəfərov əlavə edib.