Xaricdə oxumaq üçün gözəl imkan

University Foundation Courses-in imkanlarından yararlana bilərsiniz

 

University Foundation Courses-in (UFC) ingilis, fransız, alman dilləri departamentinin tələbələrinin “Foundation” proqramını bitirmələri münasibətilə 7-ci buraxılış gecəsi keçirildi. Onlayn baş tutan görüşdə Azərbaycan Respublikası Təhsil, Gənclər və İdman və bir çox nazirliklərin nümayəndələri, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və digər qonaqlar iştirak edib.

Qeyd edək ki, UFC mərkəzi 2014-cü ilin may ayında təhsil müəssisəsi kimi təsis edilib. “University Foundation Courses”-in məqsədi tələbələrin ixtisas və bacarıqlarının artırılması ilə yanaşı, dünyanın ən tanınmış universitetlərinə qəbul edilməsi, həmçinin xarici universitetlərin təhsil prosesinə hazırlaşması və diplom əldə etməsidir.

Müəssisə bütün sahələr üzrə - lazımi testlərin verilməsi üçün hazırlıqdan tutmuş, yetkinlik yaşına çatmayanlar üçün zamin, həmçinin mənzil kirayələrinədək bütün xidmətləri öz üzərinə götürür. Komandada beynəlxalq təhsil sahəsində ən yaxşı kadrları bir araya gətirmiş, aparıcı təhsil müəssisələri ilə əlaqələr yaradılmışdır. Bu da Azərbaycanın öndə gedən tədris mərkəzi kimi fəaliyyət göstərməyimizə səbəb olub.

2021-ci ildə University Foundation Courses kurslarının təhsil proqramını müvəffəqiyyətlə bitirən 35 məzun seçdikləri Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, İtaliya, Hollandiya, Macarıstan, Avstraliya, Kanada və ABŞ-ın reytinqli universitetlərinin bakalavr və magistr pillələrinə qəbul edilib. Qeyd edək ki, Fransa və Almaniyada təhsil pulsuzdur, Böyük Britaniya və Kanada universitetlərinin fərqlənən tələbələrinə isə maksimum təqaüd verilib.

“University Foundation Courses”-in 2021-ci il üçün statistik göstəricilərini təqdim edirik:

  • Fransa – 10 oğlan, 7 qız (6 magistr, 11 bakalvr)

  • Almaniya – 5 oğlan, 2 qız (1 magistr, 6 bakalavr)

  • Böyük Britaniya – 3 oğlan, 1 qız (3 magistr, 1 bakalavr)

  • İtaliya – 1 oğlan, 2 qız (3 bakalavr)

  • Türkiyə - 2 qız (2 bakalavr)

  • Macarıstan – 1 oğlan (1 bakalavr)

  • Hollandiya – 1 qız (1 magistr)

  • Avstraliya – 1 oğlan (12 magistr)

  • Kanada – 1 oğlan (1 bakalavr)

  • ABŞ – 1 oğlan, 1 qız (2 universitet)

2021-ci ildə “University Foundation Courses” məzunlarının qəbul olunduqları universitetlər:

  • Fransa – Pyer və Mari Küri Universiteti, Qrenobl-Alp Universiteti, Nitsa şəhərində yerləşən Sofiya Antipolis Universiteti, Anje Universiteti, Lümer Lion Universiteti-2, Klod Bernar Lion Universiteti-1, Paul Bokus İnstitutu, Paris Est Kretey Universiteti, Pol-Valeri-Monpelye Universiteti-3, Lion fransiz-amerikan biznes məktəbi, Paris Amerika Akademiyası

  • Böyük Britaniya – Bristol Universiteti, Çester Universiteti, Birminhem Universiteti, London İmperial Kolleci, Hamber Kolleçi, Qərbi London Universiteti, Eksetera Universiteti, Vestminster Universiteti, Middlseks Universiteti

  • Almaniya – Ştutqart Universiteti, Aaxen Universiteti

  • Türkiyə - Baxçaşəhər Universiteti, Maltəpə Universiteti, İstanbul Bilgi Universiteti

  • Macarıstan – Budapeşt Metropolitan Universiteti

  • İtaliya – Maranqoni İnstitutu, Yeni İncəsənət Akademiyası, Milan Katolik Universiteti, Messina Universiteti, Luis-Qvido-Karli Universiteti

  • Hollandiya – Erazmus Universiteti

  • Avstraliya – Melburn Universiteti, Avstraliya Milli Universiteti

  • ABŞ – Santa-Barbara şəhər kolleci, Dyablo-Velli kolleci

University Foundation Courses məzunları bu il 27 ixtisas üzrə universitetlərə qəbul olunublar:

Mühəndislik mexatronikası üzrə bakalvr, mexanika mühəndisliyi, kompüter elmləri üzrə bakalavr, elm və texnologiya, iqtisadiyyat və menecment, turizm və mədəniyyət, politologiya, beynəlxalq kulinariya sənəti idarəçiliyi, beynəlxalq Avropa araşdırmaları, turizm və ərazilərin davamlı inkişafı, hüquq, idarəetmə, fizika, mühəndislik, tibb, psixologiya üzrə bakalavr, iş idarəçiliyi və menecment, interyer dizaynı, beynəlxalq əlaqələr və qlobal əlaqələr, politologiya və beynəlxalq əlaqələr, siyasət: fəlsəfə və iqtisadiyyat, marketinq üzrə magistr, ictimai sağlamlıq üzrə magistr, yaradıcı yazı, film istehsalı, mexanika mühəndisliyi, kompüter elmləri, beynəlxalq ticarət və logistika, investisiya və maliyyə üzrə bakalavr.

UFC məzunları akademik fransız və ingilis dilləri kurslarını uğurla mənimsəmiş, öz biliklərini imtahan və beynəlxalq sertifikatlarla (TCF/DELF, IELTS, TOEFL, TestDaF, ÖSD, Goethe-Zertifikat) təsdiq etmişlər. Eyni zamanda məzunlar Study Skills, tarix, riyaziyyat, biologiya, biznesin əsaasları, fizika, kimya, iqtisadiyyat, psixologiya, politologiya, informasiya texnologiyaları fənləri üzrə yekun imtahan nəticələrinə görə yüksək bal yığmışlar.

“Foundation” UFC proqramının fərqli cəhəti ondan ibarətdir ki, Böyük Britaniya, Fransa, İtaliya kimi ölkələrdən tədris üçün yüksək ixtisaslı müəllimlər dəvət edilib. Bu da tələbələrin gələcəkdə təhsil alacaqları ölkəyə asanlıqla uyğunlaşmasını təmin edir. Bundan əlavə hər bir tələbə öz kursu çərçivəsində gələcək ixtisası üzrə seçdikləri fakültəyə uyğun olaraq Böyük Britaniya, Kanada, İtaliya və Fransada ilkin hazırlıq keçirlər.

UFC-in adlarını sadaladığımız ölkələrin müxtəlif universitetləri ilə birbaşa müqavilələri var ki, bu da qəbulda yaranan çətinlikləri aradan qaldırır.

“Foundation” proqramının tələbələri Azərbaycanı tərk etmədən xarici universitetlərin bakalvr və magistr dərəcələrini əldə etmək üçün bütün hazırlıqlardan keçirlər.

Azərbaycanda orta təhsil sistemi 11 illik, ABŞ, Kanada və Avropada isə 12 illikdir. Axırıncı iki il müddətində (11-12-ci siniflər) abituriyentləri faktiki olaraq universitetlərə qəbul üçün hazırlayırlar. Buna görə də 11 illik təhsil sisteminin məktəb attestatları və sertifikatları 12 illik təhsil sistemində olan ölkələrdə qəbul edilmir.

Beləliklə, “Foundation” proqramı Azərbaycan abituriyentlərinə çatışmayan bir ili doldurmaq üçün vacibdir. Əvvəllər bizim abituriyentlər böyük maliyyə hesabına (təhsil kursunun ödənişi, yaşayış ödənişi, qidalanma və s.) xaricə gedərək bir illik kurs keçirdilər. Bu gün bu kursa Azərbaycanı tərk etmədən də yiyələnmək olar.

Onu da qeyd edək ki, UFC “Foundation” proqramına görə Böyük Britaniyadan rəsmi şəkildə akkreditə olunmuş lisenziya alan Azərbaycanda ilk təhsil mətkəzidir.