Xarici mətbuatın gündəmi ƏFQANISTAN

“El-Raya El-Qatariye” (Qətər): Taliban Əfqanıstanın paytaxtı Kabildə Prezident administrasiyasında

“El-Vatan” (OMAN): Əfqanıstan Prezidenti Əşrəf Qani Əfqanıstanın süqutunun simvolu oldu.

“El-Zeman” (IRAQ): Prezident Rəcəb Tayyib Ərdoğan: “Əfqanıstanda sabitliyin bərpası üçün Pakistanla əməkdaşlıq edəcəyik”.

“dpa.de”: Almaniya, Əfqanıstanın paytaxtı Kabilə nəzarət Taliban hərəkatına keçdikdən sonra bu ölkədəki səfirliyinin fəaliyyətini dayandırdığını bildirib. “ard.de”: Alman və dünya futbolunun əfsanəvi simalarından Gerd Müller dünyasını dəyişib.

“zdf.de”: Almaniya Əfqanıstanın paytaxtı Kabildakı Alman səfirliyinin işçilərini və ölkədəki digər vətəndaşlarını təcili olaraq çıxarır. Bu məqsədlə Almaniyadan ilk təyyarərə Əfqanıstana yola düşüb.

“Le Figaro”: Mərakeşin şimalında meşə yanğını baş verib.

 “Le Monde”: Fransa hökuməti vətəndaşlarını Əfqanıstandan çıxarmaq üçün Birləşmiş Ərəb Əmirliklərinə əlavə hərbi qüvvə yerləşdirib.

“Le Parisien”: Fransada “Kovid-19” əliyhinə mübarizə çərçivəsində peyvənd kimliyi tətbiqinə başlandı. Ölkədə peyvənd olunduqlarını göstərən sənədə sahib olmayanlar ticarət mərkəzlərinə daxil olabiləməyəcəklər.

“El País” (İspaniya): Əfqanıstanın taleyi daha Talibanın əlində.

“Infobae” (Argentina): Çin, mütəxəssisləri Wuhan laboratoriyasından “Kovid-19” infeksiyası sızdığına dair iddiaları araşdırmağa çağırıb.

“Telesur” (Venesuela): Venesuela zəlzələdən zərər çəkmiş Haitiyə 30 ton humanitar yardım göndərib.

“RIA Novosti”: Alman AfD partiyasının həmsədri Jörg Meuthen, “Şimal axını-2” layihəsindən ayrılmağın inkişaf etmiş sənaye dövləti olaraq Almaniyanın sonu olar deyib.

“İzvestiya”: Ukraynalı politoloq Yuri Romanenko ABŞ-ın Əfqanıstandan çıxması Ukrayna üçün dərs olmalı deyib.

“Lenta.ru”: Rospotrebnadzor (Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi) Epidemiya Xəstəlikləri Mərkəzinin prezidenti Hədicət Ömərovaya görə “Kovid-19” xəstəliyi keçirənlər sağaldıqdan sonra ən az 3-4 ay gündəlik işlərini görməkdə çətinlik çəkirlər.