Xərçəngin üç növü önümüzdəki illərdə yox ola bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mütəxəssisləri ağciyər, qaraciyər və kolorektal xərçənginə qarşı qələbənin yaxın olduğunu bildiriblər. Mütəxəssislər ağciyər xərçənginə qarşı qələbənin yaxın olduğuna inandıqlarını, ancaq bunun üçün siqaretdən imtina etmiyin vacib olduğunu qeyd ediblər. ÜST mütəxəssislərinə görə, insanlar siqaret çəkməsəydilər, ağciyər xərçəngi hadisələri 90% az olacaqdı. Xatırladaq ki, ÜST-nin Rusiya üzrə nümayəndəsi Melita Vuynoviç da may ayının sonunda verdiyi açıqlamada qadınlar arasında yağın olan dördüncü xərçəng növünün uşaqlıq ağzı xərçənginə qarşı qələbəyə yaxın olduqlarını, xəstəliyin törədicisi olan insan papillomavirüsünə (HPV) qarşı təhlükəsiz və təsirli peyvəndin hazırlandığını bildirmişdi.