Xocasəndə görüş

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə  deputat Səbinə Xasayeva Binəqədi  rayonun Xocəsən bələdiyyəsinin inzibati binasında karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq bir qrup vətəndaşların qəbulunu keçirib.
 Deputat fərdi qaydada seçiciləri qəbul etmiş, onların problemlərini dinləmişdir. Seçicilər tərəfindən qaldırılan məsələlər araşdırılması və müsbət  həlli üçün aidiyyatı qurumlara göndərilməsi məqsədi ilə qeydiyyata alınıb.
        Keçirilən qəbulda iştirak edən vətəndaşlar əsasən Xocəsən bələdiyyəsinin ərazisində yerləşən qəsəbələrdə, yeni yaşayış massivlərində kanalizasiya sistemlərinin yenidən qurulmasının, əhalinin gündəlik içməli su təminatında fasilələrə yol verilməsinə son qoyulmasının, məhəllədaxili yolların asfaltlaşdırılmasının və işıqlandırılmasının,  fərdi evlərin sənədləşdirilməsinin, fərdi evlərin tikintisi üçün vətəndaşlara  torpaq sahələrinin ayrılmasının, əhalinin məşğulluğu üçün yeni iş yerlərinin yaradılmasının, vətəndaşların sosial təminatının yaxşılaşdırılmasına diqqət və qayğının yüksəldilməsinin, Qarabağ  şəhidlərinin  adlarının əbədiləşdirilməsinin və  digər məsələlərin vacibliyini xüsusi ilə qeyd etmişlər.
      Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.
    Qəbulda Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov və Binəqədi rayon İcra hakimiyyəti başçısının Xocəsən  qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Teyyub Abdullayev  iştirak etmişlər.