Xocəsən də qəbul

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva dekabrın 13-də Binəqədi rayonun Xocəsən bələdiyyəsinin inzibatı binasında qəbul etdiyi bir qrup vətəndaşın problemlərini dinləyib. Qəbula gələnlər qəsəbədə fərdi evlərin sənədləşdirilməsinə, məhəllədaxili yolların asfaltlaşdırılmasının və işıqlandırılmasının başa çatdirilmasına, 157 nömrəli avtobus xəttində olan sərnişin sıxlığının aradan qaldırılması üçün səhər, günorta və axşam vaxtlarında marşruta əlavə avtobusların buraxılmasına, qəzalı vəziyyətdə olduğuna görə 328 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmir edilməsinə, qəsəbədə kanalizasiya şəbəkəsinin yenidən qurulmasına və yeni yaşayış massivində kanalizasiya xətlərinin əsas xəttə birləşdirilməsinə, müharibə veteranı adının verilməsinə, əhali arasında hüquqi təbliğatın gücləndirilməsinə, qeyri-hökumət təşkilatının qeydiyyatdan keçirilməsinə, işə qəbul olunmalarına, şəxsi problemlərinin həll edilməsi üçün maddi yardım verilməsinə köməklik göstərilməsini xahiş ediblər.

 Qəbul zamanı vətəndaşların səsləndirdiyi təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün qeydə alınıb, nəzarətə götürülərək həll edilməsi üçün müvafiq qurumlara göndərilib.

Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edib, onları narahat edən məsələlərin tezliklə öz həllini tapacağına əminliklərini bildiriblər.

Qəbulda Binəqədi rayon icra hakimiyyəti başçisinin Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Teyyub Abdullayev və Binəqədi rayon Xocasən bələdiyyəsinin sədri Nigar Məmmədova iştirak ediblər.