QHT layihəsininin icrasına start verdi

“Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara və Onların Ailələrinə Yardım” İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xüsusi qayğıya ehtiyacı olan gənc xanımların peşə təlimi və peşə təhsilinə marağın artırılması üzrə təşəbbüslər” layihəsininin sentyabr ayının 1-dən icrasına başlayıb.

Məlumat üçün qeyd edək ki, layihənin fəaliyyət planına əsasən oktyabr ayından başlayaraq noyabr ayının sonuna qədər xüsusi qayğıya ehtiyacı olan gənc qız və xanımlara peşəkar təlimçilər tərərfindən rəssamlıq kursları və qadın bərbəri kimi peşə sahələrinin öyrədilməsi istiqamətində təlimlər keçiriləcək. Layihənin məqsədi peşə təhsilini təbliğ etməkdir. Həmçinin İB-in sədri Vüsalə Əliyevan qeyd edib ki, müxtəlif peşə təlimləri keçməklə göstərmək istəyirik ki, peşə təhsili ümumiyyətlə xüsusi qayğıya ehtiyacı olan uşaqlara necə müsbət təsir edir. Peşə təhsili onların özünə inam hissini qazandırmaq, onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi daşıyır.

Layihənin icrası dövründə keçirilən təlimlər vasitəsilə xüsusi qayğıya ehtiyacı olan xanımlar müxtəlif peşə sahələrini öyrənmiş olacaqlar və peşə öyrənməklə gələcəkdə iş tapmaları üçün imkanların yaranması üçün ilkin addımlar atılacaq, əlaqələr qurmağı öyrənəcəklər, informasiya əldə edəcəklər, özlərini tək, təcrid olunmuş hiss etməyəcək, asudə vaxtlarını səmərəli və maraqlı keçirə, intellektual səviyyələrini artıra, ictimaiyyətlə sıx virtual əlaqə saxlaya biləcəklər.

Sözügedən layihənin icrası 3 ay (01.09.2022-01.12.2022) müddətində Bakı şəhəində həyata keçiriləcəyi nəzərdə tutulub.