Yanğının söndürülməsi vaxt ala bilər -  Rza Xudiyev

Saat 05:41 dəqiqədə FHN-in 102 xidmətinə taxta bazarında yanğın baş verməsi ilə bağlı məlumat daxil olub.

Sabahinfo.az xəbər verir ki, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev deyib. O bildirib ki, yanğın barədə məlumat daxil olandan 4 dəqiqə sonra yaxınlıqda olan bölmələr hadisə yerinə çatıb: "Yanğınla bağlı yüksək çağırış elan edilib. 20-yə yaxın texnika və 100-ə yaxın şəxsi heyyət hadisə yerinə cəlb olunub. Havanın küləkli olması, həmçinin, yanğın mənbəyinin yüksək gərginli elektrik xəttlərinin altında olması yanğınsöndürənlərin həyatına da təhlükə yaradıb və yanğının söndürülməsi çətinləşib. Hazırda ərazidə də 110 kilovotluq elektrik dirəyi 45 dərəcə bucaq altında deformasiyaya uğrayıb və aşma təhlükəsi var. Əməkdaşlarımızın mövcud vəziyyətdə proktokol üzrə təhülkəsizliyi nəzərə alaraq xidmətin aparılması təmin edilib.

Havanın küləkli olması yanğının böyük sahələrə yayaraq yanğın yerində 3 mənbə yaradıb. Hər birinin sahəsi 1000 kvadratmetrdir. Hazırda bütün istiqamətlərdə yanğın premetiri boyunca tam əhatəyə alınıb. Hər yerdən lülələr verilib, mühafizə olunur. Yanğın tam məhdudlaşdırılıb. Yanğının yayılmasının qarşısı alınıb. Açıq alov yoxdur. Müəyyən vaxt tələb olunur ki, tam söndürülsün".

Rza Xudiyev onu da qeyd edib ki, yanğının ilkin səbəbləri araşdırılır.