İyulun 20-də Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) 1974-cü il Barış Hərəkatının 51-ci ildönümünə həsr olunmuş rəsmi tədbirlər keçirilib.
Mərasimlərə müxtəlif ölkələri təmsil edən nümayəndə heyətləri qatılıblar. Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti də rəsmi tədbirlərdə iştirak edib.
YAP nümayəndə heyəti “Ay ulduz – eyni yoldayıq” şüarı altında keçirilən strateji infrastruktur layihələrinin təqdimatında da iştirak edib. Yeni Lefkoşa Dövlət Xəstəxanasının təməlqoyma mərasimi və Lefkoşa Şimal Dairəvi Yolu üzərində inşa edilən körpülü kəsişmənin açılışı olub.
Qeyd edək ki, YAP nümayəndə heyətinə partiyanın İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin komitə sədri Musa Quliyev, Mərkəzi Aparatın Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Taleh Həsənzadə daxildir.
Nümayəndə heyətinin səfəri iyulun 21-də başa çatıb.
