YAP rayon təşkilat sədrləri YENİLƏNƏCƏK

Yeni Azərbaycan Partiyasında kadr islahatları həyata keçiriləcək. SABAHİNFO.AZ-a daxil olan məlumata görə, islahatlar rayon sədrləri səviyyəsində olacaq. Belə ki, partiyanın sonuncu qurultayından sonra Nizamnaməyə uyğun olaraq rayon sədrləri yenidən formalaşdırılacaq. Görünən odur ki. illərdir kreslosunda oturan YAP rayon təşkilat sədrlərini yeni simalar əvəzləyəcək.