YAP Səbail rayon təşkilatının üzvləri şəhidlərimizin əziz xatirəsini yad edib

İyulun 10-da YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, rayon partiya təşkilatının İdarə Heyətinin üzvləri və gənclər II Fəxri Xiyabanda Azərbaycan Respublikasının Milli Qəhrəmanları – general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək qəhrəmancasına həlak olan Şəhidlərimizin məzarlarını ziyarət etdilər, ruhlarına dualar oxudular.

Ziyarətçilər Vətən müharibəsinin Səbail rayonu Şəhidi Mayor Əhədzadə İlkin Qələmşah oğlunun məzarını ziyarət etdilər, əbədiyaşar xatirəsini bir daha ehtiramla yad etdilər, ruhuna dərin hörmət və ehtiramlarını bildirdilər.

Ziyarət çərçivəsində Şəhid Baş Leytenant Nurzadə Rövşən Əli oğlunun məzarı atası ilə birlikdə ziyarət olundu, ruhuna dualar oxundu. Şəhid atası Şəhid general-mayor Polad Həşimovun məzarı başında öz oğluna ithaf etdiyi şeri bütün Şəhidlərimizə həsr edərək ürək yanğısı, eyni zamanda yüksək fəxarətlə səsləndirdi.

Allah bütün Şəhidlərimizin məkanını Cənnət etsin, ruhları şad olsun!