YAP Vətən müharibəsinin ildönümü ilə bağlı tədbirlər planını açıqlayıb

Yeni Azərbaycan Partiyası (YAP) Vətən müharibəsinin ildönümü ilə bağlı tədbirlər planı hazırlayıb.

Sabahinfo.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, Mərkəzi Aparat rəhbəri Tahir Budaqov deyib.

O bildirib ki, tədbirlər bütün rayon və şəhər şöbələrinin xətti ilə bölgələrdə də davam edəcək: "Bu gün həmçinin Yeni Azərbaycan Partiyasının konfransı keçiriləcək və partiyanın bəyanatı qəbul ediləcək".