"Yarışmanı baykot etməli idilər"

Şuşa adından vaz keçmək qarşısında bütün mükafatlar cılızdır. Heç bir mükafatı Şuşa adıyla seçim qarşısında qoymaq söz mövzusu belə olmamalıdır. Bu sözləri Azadmedia az əməkdaşına Milli Məclisin deputatı Məşhur Məmmədov Soçidə yarışmaya qatılan Şən və Hazırcavablar Klubunun erməni əsilli Rubenin sifarişi ilə Şuşa adının Buta adına dəyişməsinə fikrini öyrənərkən bildirib.
"Şuşa adı bizim qələbəmizin simvoluna çevrilib. Şuşanın alınma taktikası dünyanın hərb cameəsində təəccüb yaradıb, bizim ordunun təcrübəsi ilə maraqlandıqlarını açıq etiraf ediblər. Bu ili Cənab Prezident İlham Əliyev Şuşanın şərəfinə, Şuşa qələbəsinin şərəfinə, Şuşaya dişləri, dırnaqları, canları, qanları ilə qələbə gətirən igidlərin müqəddəs ruhu şərəfinə "Şuşa ili" adlandırıb. Şuşa ilində bu hadisə utancvericidir. Yarışmanı baykot edib qayıtmalı idilər", - deyən millət vəkili ölkə xaricində yarışmalara gedəcək komandaları ad seçərkən hər şeyi nəzərə alıb diqqətli olmağa çağırdı, baş verənlərdən təəssüf hissi keçirdiyini qeyd etdi.