Yaxın Şərqdə sülh Türkiyə ilə Rusiyanın münasibətlərindən asılıdır - Ərdoğan

Yaxın Şərqdə sülh Türkiyə ilə Rusiyanın münasibətlərindən asılıdır.

Sabahinfo.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı deyib.

O bildirib ki, Rusiya-Türkiyə münasibətlərinin möhkəmlənməsi böyük fayda verəcək: "Bizim Suriyada birgə addımlarımız böyük əhəmiyyət daşıyır. Bu regionda sülh Rusiya-Türkiyə münasibətlərindən asılıdır".