Koronavirusun gələcək variantları Omikrondan daha yoluxucu ola bilər. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerxove deyib.
"Bu virus nə qədər çox yayılsa, onun dəyişmək üçün bir o qədər çox imkanı var. Omikron müzakirə edəcəyimiz son variant olmayacaq və gələcəkdə narahatlıq doğuran variantların olması çox real ehtimaldır”, - deyə ekspert əlavə edib.
O vurğulayıb ki, koronavirusun yeni ştamlarının xassələri hazırda məlum deyil, lakin onların daha yoluxucu olacağına şübhə yoxdur, çünki onlar hazırda dövriyyədə olan variantları üstələməli olacaqlar.