Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi layihə həyata keçirir

2021-ci ilin ikinci yarısında sosial xidmətlər sahəsində dövlət sifarişləri sırasında “20 Yanvar hadisələrinin mahiyyətinin təbliği” mövzusunda müsabiqə də var.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən elan edilən, ölkəmizin cavan yaradıcı kreativlərini birləşdirən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən rəqabət şəraitində qazanılan, sentyabrın əvvəlindən həyata keçirilməyə başlanılan “20 Yanvar hadisələrinin mahiyyətinin təbliği” adlı təkrar müsabiqəyə uyğun vətənpərvərlik istiqamətində maraqlı fəaliyyətləri özündə birləşdirir.  Müsabiqənin əsas şərtlər toplusu və sənədlərində tələb olunan qaydalara uyğun olaraq sosial sifariş üzrə müxtəlif xidmətlər göstərilməyə başlanılıb. Layihə icraçılarının verdiyi məlumata görə, 4 ay müddətində, 1 sentyabr – 31 dekabr 2021-ci il tarixləriərzində həyata keçiriləcək sosal xidmətlər rəngarəng fəaliyyət növlərini əhatə edəcək.