Yevlaxda analoqu olmayan xidmət

Vətən müharibəsi qazilərinə göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlərlər paytaxt Bakı ilə yanaşı respublikanın digər şəhər və rayonlarını əhatə edir. Aparılan araşdırmalar onu deməyə əsas verir ki. həyata keçirilən proses zamanı qazilərin səhəttində ciddi irəliləyişlər müşahidə olunmaqdadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Yevlax Reabilitasiya Mərkəzinə təşkil olunan mediatur da sabahinfo.az saytı olaraq biz həyata keçirilən proseslərin canlı şahidi olduq.

Öncə qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Nazirlik tərəfindən son illərdə reabilitasiya infrastukturunun müasir tələblərə uyğun qurulması istiqamətində mühüm işlər aparılıb. 2019-2020-ci illərdə və cari ilin ilk rübündə Yevlax şəhərindəki Reabilitasiya Mərkəzi də daxil olmaqla 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidən qurmadan sonra, müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib. Həmin müəssisələrdə qazilərimizə keyfiyyətli reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilməkdədir. Bununla yanaşı, 44 günlük Vətən müharibəsində yaralanaraq aşağı ətrafları amputasiya olunmuş 114 hərbçi 118 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib. Əlavə olaraq bu il Birinci və İkinci Qarabağ müharibəsi əlillərindən ibarət 1157 nəfərin 8612 reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib. Yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlər aparılır.

Nazirlik tərəfindən təşkil olunan media-tur zamanı Yevlax Reabilitasiya Mərkəzində Vətən müharibəsi qaziləri ilə bağlı aparılan reabilitasiya işləri yaxından tanış olub, göstərilən xidmətlər barədə qazilərin fikirlərini öyrəndik. Burada xidmət alan qazilər onlara göstərilən xidmətlərdən çox razılıq etdilər. Onlar müəssisənin rəhbəri Sevinc Məmmədova tərəfindən yüksək diqqət və qayğı ilə qarşılandığını, həkim və digər personalalrın köməkliyi ilə davamlı reabiltasiya xidmətindən yararlandıqlarını dilə gətirdilər.

Onu da bildirək ki, müəssisədə yeni müasir tibbi-reabilitasiya avadanlıqlarından istifadə olunmaqla və səmərəli fizioterapevtik prosedurlar, həmçinin müalicəvi bədən tərbiyəsi, massaj, ozonoterapiya, elektrofarez və digər prosedurlar tətbiq edilməklə reabilitasiya xidmətləri göstərilir.

Tur zamanı reabilitasiya sistemində elektron texnologiyaların geniş tətbiqi işləri barədə də məlumat verildib. Sonda isə onu qeyd edək ki, bu kimi fəaliyyət nəticəsində qailərdə ruh yükəskliyi yaranıb. Belə bir müəssisənin regionlarda olmasın qazilər üçün əlavə imkanlar yaradıb. Sözügedən xidmətlərdən nəinki Yevlax eyni zamanda ətraf regionda olan qazilər də yararlana bilir.

Müəssisədə xidmət alan Gülbəniz Zamanova İsa qızı və digərləri müəssisədə onlara yaradılan şəraitdən razı olduqlarını bildirdilər. Onlar qeyd edirlər ki, paytaxt Bakı ilə respublikanın bir sıra müəssisəsində tibbi xidmət alıblar. Ancaq Yevlax Reabilitasiya Mərkəzində həm rəhbərlik həm işçi heyyətinin diqqət və qayğısı tam fərqlidir. Bütün işçi kontingenti xidmət göstərilən insanlara xoş münasibət göstərir. Onların qısa zamanda sağalması. yüksək xidmət görməsi üçün hər cür imkanlardan istifadə olunur.  

Sonda onu da bildirək ki. müəssisədə yüksək ixtisaslı kadrlar fəaliyyət göstərir ki. bu da işin yüksək səviyyədə təşkil olunmasına əlavə imkanlar yaradır. Müəssisənin rəhbəri Sevinc Məmmədova ilə söhbət zamanı məlum oldu ki, 2018-ci ildən müəssisənin rəhbəri vəzifəsində çalışır. Onun sözlərinə görə, nazirlik tərəfindən qazi, sağlamlıq imkanları məhdud insanların reabiltasiyası üçün hər cür avadanlıqlarla təmin olunub. Bu avadanlıqlardan istifadə ilə qazilər reabilyasiya imkanlarından yararlana bilirlər.

Elnarə Həziyeva

Bakı-Yevlax-Bakı