Yoluxanların sayı 1000-i keçdi

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1196 yeni yoluxma faktı qeydə alınıb, 219 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 4 nəfər COVID-19-dan dünyasını dəyişib.