Yoluxmalar ARTIR: Bir gündə 13 ÖLÜM

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1697 yeni yoluxma faktı qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 633 731 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 612 292 nəfər müalicə olunaraq sağalıb, 8 610 nəfər vəfat edib, aktiv xəstə sayı 12 829 nəfərdir. Ölkədə son sutka ərzində 8 851, hazırkı dövrədək isə 6 065 279 test aparılıb.