Yunus Əmrənin məzarı ürəklərdədi

Söz sultanıdı Yunus Əmrə. 8 əsrdi söz pərvanələri Yunus Əmrənin sözünün kölgəsində nə¬¬¬fəs dərir, düşüncələrini Yunus Əmrə kəlamlarıyla durulaşdırır.
Mövlanə Cəlaləddin Rumi, Hacı Bəktaş Vəli kimi elm və irfan nəhəngləri ilə birlikdə Yunus Əmrə də sözün qüdrətiylə, sözü urvatında saxlamaqla, Allaha sevgisinin, sevginin, dürüst, gözəl əxlaqın şairi olub. Nə yazıbsa, gözəlini yazıb, nə yazıbsa, insanlıq üçün yazıb, inanlar üçün yazıb. Ona görə bunca sevilir. Ona görə 8 əsrdir ki, özü də, sözü də düşüncələrdədi.
Yunus Əmrənin yaradıcılığı Günəş misallı olub. İşığı əli qələm tutanların da, sözə sevgisi olanların da könlünü nurlandırıb. Folklor, xalq poeziyası şairlərin yaradıcılığına təsir göstərir. Bu bəlli. Yunus Əmrənin yaradıcılığı xalq poeziyasına da təsir göstərirdi. Onun heca və əruz vəz¬nin¬¬¬də yazdığı şeirlərinin əksəriyyəti ilə məhəbbəti poetik duyum səviyyəsinə yüksəldə bilib.
Akademik İsa Həbibbəyli Yunus Əmrənin poeziyasını "Kitabi-Dədə Qorqud" dastan¬la¬rının poetikası ilə Məhəmməd Füzuli lirikası arasında fərqli zirvə adlandırır. Və könüllər 8 əsrdi son nəfəsinəcən bu zirvəyə can atıb.
Yunus Əmrənin "Divan"ı da, "Risalətün-Nüshiyyə" poeması da 8 əsrdi poetik düşün¬cə¬lərin səyyarəsidi.
 
Əcəl dura qəsdimizə,
Gedər oluq dostumuza,
Namaz üçün üstümüzə,
Duranlara salam olsun!,

-misraları duyğuları duruluqda yaşatma qüdrətindədir...
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ili "Yunus Əmrə ili" elan edib. Yunus Əmrə ilində hər birimizin könlümüz könülləri ziyarətin təşnəsidi...
Yunus Əmrənin məzarı hardadı? - sualı indiyəcən cavabsız qalıb. Mən deyim: 
Yunus Əmrənin qəbri sözə, şeirə, şeiriyyətə dəyər verənlərin ürəyindədi...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı