Zaman maşının sirri

Salam!
Mən Tomas Rinder dünyada ilk zaman maşınını yaradan və səyahət edəcək ilk insan olaraq tarixə düşəcəm. Bu haqda yaxın ətrafımla fikir mübadiləsi aparmaq və bu kəşfimi onlarla bölüşmək üçün üç nəfər müxtəlif peşə yönümlü dostlarımı: həkim, psixoloq və jurnalist dostlarımı dəvət etdim. Dəvətsiz gələn bir jurnalist də dinləmələrə qoşulmaq üçün içəri keçməyə 300 funt(689.52 manat), danışacağım hər sətrə görə 3 funt(6.90manat) təklif etdi. 
Çox həyəcanlı idim. Onlara tezliklə qayıdacağımı deyib, zaman maşınına bir də baxmaq üçün laboratoriyaya getdim. Gördüyüm mənzərədən dəhşətə gəldim.  Maşın yox idi. Özümü ələ alıb dəhlizdəki xidmətçi  Cesiyə yaxınlaşıb, dəhlizdə kənar şəxs görüb-görmədiyini soruşdum. 
- Bəli cənab, az öncə Sizinlə danışan adam məndən ayaqyolunun harda olmasını soruşub gözdən itdi. Beş dəqiqə sonra Siz gəldiniz. 
- Oldu. Çox sağ ol! 
 Jurnalistdən şübhələnirdim.
 Özümü pis hiss etdiyimçün otağa gedib reportajı ləğv etdiyimi bildirdim. Dəhlizə çıxanda arxadan səs eşitdim. Ətraf qaranlıq olduğu üçün çağıranın  yaxınlaşdıqca üzünü daha aydın görüb onun baş həkim Jül Vern olduğunu yəqin etdim. O mənim otaqdan fikirli çıxdığımı görüb arxamca gəlib narahatlığımın səbəbini soruşdu. Mən başıma gələnləri danışdım. Dediklərimi dinləyib, dedi:
 - Mənim dedektiv dostum var. İstəyirsinizsə mən ona deyim bu məsələ ilə maraqlansın. 
 - Hə, yaxşı olardı. 
 - Oldu. Sağ olun!
 - Xudahafiz!
 Həkimlə danışdıqdan sonra xidmətçiyə mənə ət və şərab gətirməsini deyib, otağıma keçdim. Yeməyimi yeyib çölə çıxdım. Həyətdəki güllərin gözəlliyi  insanı valeh edirdi. Həyətdə dayanan gözlənilməz qonaq mənə yaxınlaşıb özünü təqdim etdi:
 - Salam, mən Alber Tunes! Siz Tomas Rindersiniz deyilmi?
 - Bəli.
 - Deyəsən, sizin zaman maşınınız itib, cənab.
 - Bəli, amma zəhmət olmasa mənə cənab deməyin.
 - Oldu. Sizdə zaman maşınının şəkli varsa, onu mənə götərə bilərsinizmi?
 - Bəli, bir saniyə. 
 Zaman maşını böyük və heyranedici olduğu üçün Alber Tunes təəccübünü gizlədə bilmədi.
 - Bəs bunu necə oğurlayıblar? 
 ...Bəlkə onda səyahətə çıxıblar? 
 - Axı, bu mümkün deyil.
 - Niyə? 
 - Çünki zaman maşınında səyahət etmək üçün nüvəsinə ehtiyac var. Mən isə onu maşına yerləşdirməmişəm.
 - Mən maşının ən son harada olduğu yerə baxmaq istərdim.
 Biz dedektivlə laboratoriyaya keçdik. Gözlərimə inanmadım. Zaman maşını olduğu yerdə idi. Mən cəld onun yan-yörəsinə baxdım. Maşının altındakı qəribə qurğu diqqətimi cəlb etdi. Dəmir çubuq götürüb onu çıxartdım. Əlimi vurmaq istədiyim an dedektiv məni dayandırıb onun simulyasiya cihazı olduğunu deyib qoşdu. Bir anda zaman maşını gözdən itdi. Dedektiv cihazın üzərindəki barmaq izlərini yoxlamaq məqsədi ilə götürdü. Bir neçə gündən sonra izlərin Cesiyə məxsus olduğu müəyyənləşdi. Mən əsəbi halda dəhlizə çıxdım. Simulyasiya cihazını ona göstərib:
 - Bu nədir?
 - Cənab, siz bunu haradan tapmısınız? 
 - Zaman maşınının altında idi və bunun üzərindəki izlər sənə aiddir. Sənin məqsədin nə idi?
 - Mən... Mən...
 - Nə sən, nə?!
 - Mən sadəcə sizə zərər gəlməsini istəmədim. Çünki... çünki siz ilk dəfə maşını sınaqdan keçirəndə az qalsın həyatınızı itirəsiniz? 
 - Sənə nə?! 
 - Mən sizə aşiq idim, cənab. Çox üzr istəyirəm, - deyib, əlləri ilə üzünü tutub ağlayaraq çölə çıxdı. 
 Dedektiv etiraz etsə də, mən təkidlə 190 funtu (437.57 manat) onun cibinə qoyub zaman maşınının nüvəsini taxdım. 
 Beləliklə, dünyanın ən mükəmməl ixtiraçısı olaraq adım tarixin salnaməsinə düşdü.

Yazdı:  Ayxan Ədilzadə
Redaktor: Aida Bayramova