Zaqatalada yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Aşağı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Sabahinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

*** 14:24

Zaqatalada dağlıq ərazidə yanğın başlayıb.

Sabahinfo.az report-a istinadən xəbər verir ki, yanğın rayonun Meşleş kəndi ərazisindəki yüksək dağlıq ərazidə baş verib.

Yanğının söndürülməsi üçün Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti əraziyə cəlb olunub.

Hazırda yanğın davam edir.