Zaur Hüseynov Xırdalana və Hava Limanına çəkiləcək metro xətlərindən danışdı

Xırdalana və Heydər Əliyev adına Hava Limanına metro xətti azı növbəti planlarda nəzərə alına bilər.

Sabahinfo.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov deyib.

O əlavə edib ki, Bakının inkişafı ilə bağlı 2040-cı ilə qədərki planlar metro stansiyalarının sayının artırılmasını nəzərdə tutur. Amma sözügedən stansiyaların tikintisi planlaşdırılmayıb.