Zelenski 10-cu dəfə ölkədə hərbi vəziyyəti uzatdı

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə ümumi səfərbərlik və hərbi vəziyyətin tətbiqinin nəzərdə tutulduğu qanunu imzalayıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə “RBC-Ukraina” məlumat yayıb.

Həm səfərbərlik, həm də hərbi vəziyyətin qüvvədə olma müddəti fevralın 14-dən 90 gün, yəni mayın 13-dək uzadılıb.

Xatırladaq ki, bu xüsusi rejim müharibə başlayandan, yəni 2022-ci il fevralın 24-dən bəri 10-cu dəfə uzadılıb.