Zəngəzur dəhlizi əlverişli imkanlar yaradacaq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 illik prezidentlik fəaliyyəti ərzində informasiya mübarizəsində daim öndə olub. Dövlətimizin başçısının təkcə Vətən müharibəsi günlərində dünyanın 30-a qədər media qurumuna verdiyi müsahibələri bu baxımdan mühüm önəm daşıyıb. Şübhəsiz ki, cənab İlham Əliyevin informasiya mübarizəsi müstəvisindəki fəaliyyətinin ən önəmli cəhəti avropalı tərəfdaşlarımızı Azərbaycan həqiqətləri haqqında məlumatlandırmaq, Ermənistanla mövcud münaqişədə haqlı tərəf olduğumuzu sübuta yetirmək olub. Çünki avropalı tərəfdaşlarımızın Qarabağ barədə bilgiləri əsasən səhv ssenariyə əsaslanan məlumatlar əsasında formalaşmışdır. 44 günlük şərəfli müharibə zamanı cənab İlham Əliyev Ali Baş Komandan, diplomat kimi Azərbaycanın haqlı mövqeyini dünyaya bəyan edirdi.Ölkə rəhbəri bu siyasəti postmüharibə dövründə də həyata keçirməyə davam edir. Dövlətimizin başçısının Brüsseldə işgüzar səfərdə olarkən İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsi də bunun parlaq ifadəsidir.
Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən əlverişli geostrateji mövqedə yerləşməsi və zəngin karbohidrogen mənbələrinə malik olması ölkəmizin regionlararası iqtisadi əlaqələrinin yaradılması və gücləndirilməsi baxımından əhəmiyyətini daha da artırır.Prezident İlham Əliyev müsahibəsində uzun illər ərzində “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçirmək üçün Azərbaycanın çox işlər gördüyünü, tərəfdaşlarla birgə işlədiyini diqqətə çatdırmaqla yanaşı, bu layihənin XXI əsrin ən böyük infrastruktur layihələrindən biri hesab olunduğunu vurğulamışdır.Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi Bakıdan Adriatik dənizinin dibi ilə, yüksək dağlıq ərazilərdən keçərək İtaliyaya çatır. Ötən ilin dekabrında layihənin tam başa çatmasından əvvəl istehlakçılarla müqavilələr imzalanmışdır. Yanvarın 1-dən başlayaraq İtaliya, Yunanıstan və Bolqarıstan 7,2 milyard kubmetr qazla təchiz olunmuş, gələn ilbu, 9 milyard, 2023-cü ildə isə azı 11 milyard kubmetr olması nəzərdə tutulmuşdur.
Beləliklə, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu artır. Avropa İttifaqına üzv olan ölkələrin enerji təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə də Azərbaycan amilinə xüsusi diqqət yetirilir.
Eynizamandadövlətimizinbaşçısımüsahibədəİtaliya-Azərbaycantərəfdaşlığıiləbağlı məsələyə toxunaraq bildirmişdir ki: “İtaliya Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətdən biridir. İtaliya dost ölkə olaraq azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək, italyan memarlarıŞuşadakı tarixi abidələrin və məscidlərin bərpa işlərində iştirak edəcəklər”.
Bu gün Azərbaycan Mərkəzi Asiyadan gələn mallar üçün tranzit ölkəyə çevrilir. Əlavə üstünlük ondan ibarətdir ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Azərbaycan regionun iqtisadi lokomotivinə çevrilərək bölgəyə inkişaf, tərəqqi və sülh gətirmək əzmindədir.İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi adlandırılan yeni dəhlizi açmaq üçün əlverişli imkanlar yaranıb. Həmin dəhliz Azərbaycandan Ermənistana və oradan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedərək Türkiyə və Avropaya qədər uzanır, bu da nəqliyyat üçün alternativ marşrut olacaqdır.
Cənab İlham Əliyevin də müsahibədə vurğuladığı kimi, Azərbaycandakı mövcud sabitlik, əmin-amanlıq, etibarlılıq da bu dəhlizin gerçəkləşməsini, imkanların reallığa çevrilməsini şərtləndirir. Bunu Azərbaycanın hər zaman sözü və əməli arasında heç bir təzadın olmaması, heç vaxt heç bir müqaviləni pozmaması kimi amillər də təsdiqləyir. Sadəcə, bu məsələdə Ermənistanın müqavilə ödəliklərini yerinə yetirməsi zəruridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik, dərin düşünülmüş siyasəti sayəsində Azərbaycan nəinki regionda, hətta Avrasiya kimi nəhəng bir məkanda böyük bir nəqliyyət mərkəzinə çevrilir. Bu, şübhəsiz, ölkəmizin inkişafını sürətləndirməklə bərabər, regionda sülh və sabitliyin bərqərar olunmasına müsbət təsir göstərəcəkdir.

Axundov Asif Əbülfəz oğlu
ADPU-nun Tarix və coğrafiya fakültəsinin dekanı,
əməkdar müəllim, siyasi elmlər üzrə fəlsəfə doktoru