“Zərərli vərdişlərə yox deyək!”

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin dəstəyi və “Qeyd” İctimai Birliyinin  təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək!” adlı maarifləndirici  tədbir keçirilib.

   Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan  “Qeyd” İctimai Birliyinin sədri  Tural  Nurməmmədov  mövzu ilə bağlı fikirlərini açıqlayıb.

      Tədbirdə çıxış  edən Milli Məclisin deputatı Vüqar İskəndərov  bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomanlığa və digər zərərli vərdişlərə qarşı mübarizə tədbirlərinin  hər zaman diqqət mərkəzində saxlanıldığını bildirib, Millət vəkili  dövlətimizin  narkomaniyaya qarşı mübarizə tədbirlərindən, bu istiqamətdə Dövlət Poqramlarının qəbulundan və uğurlu icrasından, maarifləndici tədbirlərin   miqyasının genişləndirilməsindən bəhs edib.

    Hər bir məsələnin həllində maarifləndirmə işinin rolunu önə çəkən  V.İskəndərov  gənclər  arasında sağlam həyat tərzinin təbliğinə, onların həyat üçün zərərli olan vərdişlərdən  uzaqlaşdırılmasına, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılmasına  yönələn tədbirlər üçün seçilən mövzuların əhəmiyyətindən danışıb.  

   Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.