"Zirə" heyətini millinin futbolçusu ilə gücləndirdi

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib. Klub Rüfət Abdullazadə ilə müqavilə bağladığını rəsmən edib.

Sabahinfo.az xəbər verir ki, məlumat "qartallar"ın sosial şəbəkə hesabları vasitəsi ilə ictimaiyyətə elan olunub.

Qeyd edilib ki, 24 yaşlı vinger sonradan transfer edilmək hüququ ilə cari mövsümün sonunadək Xorvatiyanın "Varajdin" klubundan icarəyə götürülüb.

R.Abdullazadə həm də Azərbaycan milli komandasının üzvüdür.