Zurabişvili sonuncu hesabatını verəcək

Gürcüstan prezidenti Salome Zurabişvili bu gün Gürcüstan parlamentində illik hesabatı ilə çıxış edəcək.

Sabahinfo.az "Radio Tavisupleba"ya istinadən xəbər verir ki, onun parlamentə gəlişi yerli vaxtla saat 12:00-da gözlənilir.

Bu, onun prezident kimi parlamentə verdiyi son illik hesabat olacaq. Belə ki, Gürcüstanda oktyabrda parlament seçkiləri keçiriləcək, bundan sonra yeni prezident seçki kollegiyası tərəfindən seçiləcək.

Zurabişvilinin çıxışı hakim partiya ilə çətin münasibətlər fonunda baş tutacaq. “Gürcü arzusu” əvvəllər onu impiçment etməyə çalışıb, indi isə onu legitim prezident hesab etmədiklərini deyirlər.