"ABŞ Rusiyanın düşməni deyil" - Blinken

ABŞ dövlət katibi Entoni Blinken Finlandiya Beynəlxalq Münasibətlər İnstitutundakı tədbirdə çıxış edib. 

Sabahinfo.az xəbər verir ki,  Blinken çıxışı zamanı Rusiya-ABŞ münasibətlərinə toxunub. 

ABŞ dövlət katibinin sözlərinə görə, Vaşinqton otuz ildir  Moskva ilə sabit əməkdaşlığı davam etdirir: "Təhlükəsiz və firavan Rusiya Amerikanın marağındadır. ABŞ sizin düşməniniz deyil". 

O, həmçinin bildirib ki, ABŞ Rusiyada hakimiyyəti devirmək niyyətində deyil və yalnız ruslar öz gələcəklərini müəyyən etməlidirlər.