Sadiq Qurbanov qəbul keçirdi - FOTOLAR

Dəyərli dostlar, 

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri hörmətli millət vəkili Sadiq Qurbanovun növbəti vətəndaş qəbulu Salyan rayonunun Yolüstü, Yeni Uluxanlı və Düzənlik kəndlərini əhatə edən sakinləri ilə oldu. 

Salyan rayonunun Yolüstü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasında olan görüşdə vətəndaşların müraciətlərini dinləyib qeyd etdik. Bəzi müraciətləri yerindəcə aidiyyəti orqanlara ünvanlayaraq nəticəsi barədə məlumat aldıq. 

Hər zamankı kimi kənd sakinlərinin xoş və isti münasibətinə görə təşəkkür edirik