Əsəd açıqladı: 25 britaniyalı İŞİD-ə qoşulub

Suriya Prezidenti Bəşər Əsəd İngiltərə Parlameninin iki millət vəkilini qəbul edib.
 
Görüş zamanı Əsəd İŞİD-ə qoşulan İngiltərə vətəndaşlarının siyahısını millət vəkillərinə verib.
 
"Teleqraf” qəzetinin iddiasına görə, siyahıda 25 Britaniya vətəndaşının adı olub. Lakin onlardan 14-ü Suriya ordusu tərəfindən öldürülüb. Sağ qalan 11 nəfərdən isə 5-i qadındır.