Türkiyədə baş verən güclü partlayışda - 9 nəfər yaralanıb

Türkiyənin Tunceli əyalətində partlayış baş verib. sabahinfo.az -ın məlumatına görə, Tuncelinin Ovacıq rayonundakı Ədliyyə yataqxanası yaxınlığında meydana gələn şiddətli partlayış nəticəsində 9 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır.Partlayışın yataqxana yaxınlığında bomba yüklü maşının partlaması nəticəsində baş verdiyi deyilir. 

Hadisə yerinə dərhal təcili yardım maşınları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Yaralılar Ovacıq Dövlət Xəstəxanasına yerləşdiriliblər. Hazırda ərazidə geniş miqyaslı təhlükəsizlik tədbirləri görülür. 

İnsidentə görə hələ ki məsuliyyəti heç bir qruplaşma öz üzrəinə götürməyib.