"İran-Ermənistan yolunun bağlanmasına imkan verməyəcəyik" - Abdullahian

Tehran İranı Ermənistanla birləşdirən tarixi marşrutu məhdudlaşdırmağa və ya bağlamağa imkan verməyəcək.

Sabahinfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian "Əl-Vəfaq" qəzetinə müsahibəsində bildirib.

"Qafqazda baş verən hadisələrdən danışan XİN rəhbəri bildirib ki, İran ölkəni Ermənistanla birləşdirən bu regionda öz tarixi marşrutunu məhdudlaşdırmağa və ya bağlamağa imkan vermir", - sitatda deyilir.