Rusiyalı gəncin idarəetməni itirmiş nəhəng yük maşınından möcüzəvi xilası - VİDEO

Sosial şəbəkələrdə gəncin möcüzəvi şəkildə idarəetməni itirmiş nəhəng yük maşınından yayınmağı ilə bağlı görüntülər yayılıb.

Kadrlar Rusiyanın Voronej vilayətindəndir.

Videoda görünür ki, piyada yolun kənarı ilə getdiyi an ağır yük maşını magistral yoldan çıxır. Gənc çoxtonnajlı maşının ona tərəf şütüdüyünü görərək vaxtında yan tərəfə tullana bilib.

Kadrların sonunda gəncin yıxıldlğı yerdən ayağa qalxaraq getdiyi görünür. Sürücünün taleyi barədə məlumat verilməyib.