Şair-qəzəlxan Əli Ələmi (Əmirov) “Qalib xalqımızın qalib lideri” şeirini təqdim etdi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, texnika üzrə fəlsəfə doktoru, şair-qəzəlxan Əli Ələmi (Əmirov) kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə yeni şeir təqdim etdi.

 

“Qalib xalqımızın qalib lideri” şeirini müəllif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr edib. “Seçmişik, seçərik səni yenədə”, – deyən şair 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ardınca igid əsgərləri apararaq bizə Zəfər sevincini yaşadan xalqımızın qalib liderinə dəstək olduğunu bildirir.

 

Qalib xalqımızın qalib lideri

 

Qaldır yumruğunu, əzmlə yeri,

Qalib xalqımızın qalib lideri!

 

Dedin ki, Qarabağ Azərbaycandır,

Gözləyir Vətənim məni haçandır,

Ey düşmən, bacarsan, məni dayandır!

Səslədin ardınca igid əsgəri,

Qalib xalqımızın qalib lideri!

 

Seçmişik, seçərik səni yenə də,

Bir zərbə olacaq bu, düşmənə də!

Birgə yallı gedək bu təntənədə,

Fəxr edir səninlə Turan elləri,

Qalib xalqımızın qalib lideri!

 

Hələ görüləsi çox işlərin var,

Gördün, səninlədir bu el, bu diyar,

Hər bir xalq belə bir lider arzular!

Öndəsən, atmadın bir addım geri,

Qalib xalqımızın qalib lideri!

 

Səndən ilham alaq, mehriban olaq,

Sənin əməlinlə daim ucalaq,

Düşməndən öc alaq, dosta əl çalaq!

Tanrı qismət edib sənə Zəfəri,

Qalib xalqımızın qalib lideri!

 

Ələmi, uçursan yenə də göylə,

Durmadan, ey şair, şeirini söylə!

Hardan ilham alıb yazmısan böylə,

Sənə yazdıran kim bəs bu sözləri?

- Qalib xalqımızın qalib lideri!

 

27.01.2024